Dünya

Tbilisi ətrafında "NATO-Gürcüstan 2025" təlimləri başlayır

Tbilisi ətrafında NATO-Gürcüstan 2025 təlimləri başlayır

Aprelin 28-də Gürcüstanda, Tbilisi yaxınlığındakı Krtsanisidəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) NATO ölkələrinin iştirakı ilə komanda-qərargah təlimi başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

Nəşr qeyd edir ki , manevrlərdə Gürcüstan, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Polşa, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Azərbaycan, Moldova, Ermənistan və Tunis iştirak edəcək.

"NATO-Gürcüstan 2025" böhran əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək üçün Gürcüstanın rəhbərlik etdiyi çoxmillətli briqadanın hazırlanması üçün nəzərdə tutulmuş kompüter dəstəkli təlimdir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova