İrandakı partlayışda yaralı sayı 1242-yə çatdı

REGİON 28 aprel 2025, 08:53
26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış nəticəsində xəsarət alanların sayı 1 242 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qeyd edək ki, 26 aprel günorta saatlarında İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində indiyədək 40 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb. Hələlik partlayışın səbəbi haqda rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top