1 aylıq körpənin faciəvi ölümünün TƏFƏRRÜATI

KRİMİNAL 29 aprel 2025, 11:22
Xəbər verildiyi kimi Abşeronda 1 aylıq körpə evdə ölüb.

Belə ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb. Onun tənəffüs çatışmazlığından vəfat etdiyi bildirilib.

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 aprel saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb. Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top