Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 23 dekabr 2024-cü ildə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədəndə yerləşən nömrəsiz evdə baş verib.
Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü İlqar həmin gün saat 23 radələrində yaşadıqları evin qonaq otağında həyat yoldaşı Fərqanənin (adlar şərtidir – red.) ona spirtli içki qəbul etməsinə irad bildirməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sillə ilə bir dəfə üz, bir dəfə isə yumruqla baş nahiyəsindən vurub.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, evdə xəstə uşağına görə aralarında mübahisə yaranıb:
“Mübahisə nəticəsində bir şillə üzünə vurmuşam. Amma yumruq zərbəsi vurmamışam. Həmin an içkili olmamışam. Uşağın xəstələnməyinə görə əsəbləşmişəm, arvadımı vurmuşam. Törətdiyim cinayət əməlindən peşmanam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İlqar aylıq qazancından 5 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az