"Buna nə dərəcədə riayət olunur?" — Həkim göstərişsiz qeysəriyyələrdən danışdı

GÜNDƏM 29 aprel 2025, 13:07
Türkiyədə planlı qeysəriyyə əməliyyatlarının qadağan olunması son günlərdə geniş ictimai müzakirələrə səbəb olub. Bu qərar cərrahi yollar həyata keçirilən doğuşların yalnız tibbi zərurət hallarında həyata
keçirilməsini nəzərdə tutur. 


Bununla bağlı ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, planlı, istəyə bağlı göstərişsiz qeysəriyyə illərdir Türkiyə və ölkəmizdə qadağandır:

“Bu da çox təbiidir. Qeysəriyyə bir əməliyyatdır. Hər əməliyyat kimi onun da özünün göstərişləri olmalıdır. Göstərişsiz əməliyyat etmək tibbi qanunlara, tibbi etikaya, hüquqa da ziddir. Bu, tibbin düzgün şəkildə tətbiq olunmasıdır. Qanunlar da bu şəkildədir. Buna nə dərəcədə riayət olunur? Bu, qanunun yanından keçilirmi? Bəli, hamımız bilir ki, keçilir. Əməliyyata göstəriş olar”. 

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top