Sosial şəbəkələrdə vətəndaşın zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Demokrat.az "Bakupost"a istinadən xəbər verir ki, yayılan kadrlardan bir şəxsin qadının evinə basqın edərək pəncərələri sındırdığı, təhqiramiz ifadələr səsləndirdiyi görünür.
Bildirilib ki, hadisəni törədən Həsənli Abbas Tağı oğludur.
Qadın həyatının təhlükədə olduğunu bildirərək sosial şəbəkə vasitəsilə kömək istəyib. Zorakılıq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



