Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR

SOSİAL 29 aprel 2025, 12:23
Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

Demokrat.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.

Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir.

Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 81-i xarici ölkə vətəndaşıdır. Əcnəbilər arasında ən çox sürücülük vəsiqəsi verilənlər arasında ilk üçlükdə Rusiya (34 nəfər), Belarus (13 nəfər) və Hindistan (9 nəfər) vətəndaşları yer alıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top