"Pezeşkianın səfəri və verdiyi bəyanatlar iki ölkə arasında yeni bir səhifənin açıldığını göstərir" — Politoloq

GÜNDƏM 29 aprel 2025, 18:32
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir addımdır:

“Bu səfər, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında İran və Azərbaycanın birgə rolunu vurğulayır. Keçmişdə İranda Azərbaycan səfirliyinə edilən hücum və digər siyasi gərginliklər münasibətlərə mənfi təsir göstərmişdi. Lakin Prezident Pezeşkianın səfəri və verdiyi bəyanatlar iki ölkə arasında yeni bir səhifənin açıldığını göstərir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini simvolizə edir. Əvvəllər mövcud olan gərginliklərə baxmayaraq, hər iki tərəf münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir. Regiondakı problemlərin həlli üçün xarici müdaxilələrdən çəkinmək və qonşu ölkələrlə əməkdaşlığı gücləndirmək  gərəkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
29 aprel 2025, 19:30
Top