"Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində məhv edilən abidələrlə bağlı Qərbi Azərbaycan İcması davamlı şəkildə araşdırma aparır. 600-ə yaxın qəbristanlığımız, 300-ə yaxın məscid, tarixi abidələrimiz dağıdılıb. Onlar arasında sadəcə Göy Məscid dağıdılmamış qalır, ancaq başqa bir millətə məxsusmuş kimi təqdim edilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.
Sözçü bildirib ki, maddi və qeyri-maddi mədəni irsimizə ötən əsrin əvvəllərindən başlayaraq vurulan zərər göz önündədir:
"Aşıq sənətinə, xalçaçılığa, Qərbi Azərbaycan kulinariyasına ciddi zərər dəyib. Qərbi Azərbaycan İcması olaraq daha əvvəl də Azərbaycan ictimaiyyətinin göndərdiyi müraciəti təkrar etməklə UNESCO-ya müraciət etdik. Ermənistan ərazisinə fakt araşdırıcı missiya göndərilməsini, Azərbaycan, İslam mədəniyyətinə məxsus olan mədəni irs nümunələrimizin qorunması ilə bağlı tələblər etdik. UNESCO-dan bildirdilər ki, qeyd olunan məsələlər onların mandatına aiddir, ancaq fakt araşdırıcı missiyasının gəlməsinə Ermənistan maneə olur. Bu gün Qərbi Azərbaycan İcmasında İSESCO-nun baş katibi ilə keçirilən görüşdə də bu məsələ ilə bağlı məlumat verildi. Katib bildirdi ki, bizimlə əməkdaşlıq etməyə hazırdırlar. Biz Qərbi Azərbaycan İcması olaraq bu istiqamətdə fəaliyyətimizə davam edəcəyik".
Əfsanə Kamal
Demokrat.az