AZCON Holding-də yeni təyinatlar olub.
Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Sevinc Novruzova Etika və hüquqi uyğunluq sektorunun müdiri, Aynur Kərimova isə Maliyyə direktoru müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Sevinc Novruzova 2021-ci ildən yeni təyinatadək "Azercell Telecom" MMC-də şöbə müdiri vəzifəsində çalışıb. O, daha əvvəllər "Nobel Oil Services" şirkətində, "Bank VTB Azərbaycan"da, "DemirBank"da, "Yapı Kredi Bank"da, Azərbaycan Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidmətində fəaliyyət göstərib.
Aynur Kərimova isə 2025-ci ildən yeni təyinatadək AZCON Holdinqdə maliyyə planlaşdırılması və iqtisadi təhlil bölməsinin rəhbəri olub. O, daha əvvəllər SOCAR Downstream-də, "Azərbaycan Sənaye Korporasiyası" ASC-də, "Nurgun Group" şirkətində və "Dofamin" MMC-də çalışıb.


