"Cəmiyyətdə məktəb ən böyük sosial çevrədir. Bütün insanların məktəblərdə dünya görüşünün formalaşması böyük önəmə sahibdir. Bu gün cəmiyyətdə qadınların iş yerlərinin artması, qadın sahibkarlığının artması həm də məktəb həyatına təsir edir. Məktəblərin əksəriyyətində qadın müəllimlərin rolu daha çox görünür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oqtayqızı deyib:
"Bütün insanların psixoloji durumu ailədə formalaşır. Müxtəlif tipli: natamam, birtərəfli, boşanma ərəfəsində olan, həyatını itirən ata və ya ana olan ailələr var. Uşaqlar bu cür ailələrdə formalaşıb bir müddət sonra məktəb həyatına davam edirlər. Ailədə qadının rolunun, məktəbdə də qadın müəllimlərin rolunun üstünlük təşkil etməsinin oğlan uşağının psixologiyasının formalaşmasına mənfi təsir göstərməsi barəsində konkret təcrübə yoxdur. Ümumi nəticəyə gəlmək olar ki, hər dövrün özünün tələb və təklifləri var. Qadın müəllimlərin, evdə ananın aktiv rol alması heç də oğlan uşaqlarının cinsi olaraq zəif inkişafına, kişi kimi formalaşmasına mənfi təsir etmir. Əksinə, güclü anaların oğlu anasından ilham alaraq daha da yaxşı inkişaf edə bilər. Anadan olan uşağın cinsi oryentasiyasında dəyişiklik yoxdursa, cinsi təcavüzə məruz qalmayıbsa, özünü oğlan və ya qız kimi görməsində stabil fikir formalaşıbsa, burada məktəbdə, ailədə qadınların üstünlük təşkil etməsi heç bir dəyişikliyə səbəb ola bilməz".
O bildirib ki, cəmiyyətdə hər sahədə qadınların üstünlük təşkil etməsi heç bir mənfi rola sahib deyil:
"Qadınlara məxsus cəmiyyətin formalaşması kişilərin həyatında müəyyən nüanslara təsir edə bilər. Hər bir ölkənin mental dəyərləri var. Qadının rolu artdıqca kişilərdə mən nə desəm, odur, qadını aşağılamaq funksiyaları korreksiya olunur. Kişilər qadınlara daha çox hörmət etmək, diqqət göstərmək, qadın gücünün fərqində olmaq kimi dəyişikliklərə məruz qalırlar. Cəmiyyətdə qadının rolu artıqca qadınların kişilərlə bərabər işləməsi, öz karyeralarını qurması, ailə düzəninin fomalaşmasında rolunun artması təsdiqini tapır. Qadınların cəmiyyətdə üstünlük təşkil etməsi oğlan uşaqlarında cinsi oreyentasiyanın dəyişməsinə gətirən amil deyil. Cinsi əsaslar bioloji amillərlə ölçülür. İnsan doğuşdan necədirsə, həyatda tutduğu mövqe də o şəkildə formalaşmağa doğru gedir. Cinsi oryentasiya dəyişikliyi insanın özünün istəyinə, uşaqlıq çağında aldığı hansısa cinsi travmaya bağlı olur. Əks halda qadınların üstünlük təşkil etdiyi cəmiyyətdə hansısa kişinin cinsi dəyişikliyə məruz qalması məsələsi əsassızdır, absurd fikirdir. İnsanları yanlış istiqamətə yönəltməmək üçün doğru məlumatların verilməsi vacibdir".
Qeyd edək ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər.
Əfsanə Kamal
Demokrat.az