“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşmalar mühüm dönüş nöqtəsi hesab olunur. Çünki bu razılaşmadan sonra proses artıq geriyə dönməz bir mərhələyə qədəm qoyub. Yəni tərəflər sadəcə niyyətlərini yox, real sənəd üzərində anlaşdıqlarını göstəriblər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O əlavə edib ki, bu isə sülhün reallaşması üçün əsaslı zəmin yaradır:
“İrəvandan son günlərdə səslənən müsbət mesajlar onu göstərir ki, Ermənistan hakimiyyəti beynəlxalq təzyiqləri və daxili ictimai rəyin dəyişən mövqeyini nəzərə alır. Ermənistan artıq uzunmüddətli qarşıdurmanın dövlətçiliyə böyük zərər vurduğunu görür və buna görə də daha konstruktiv mövqe nümayiş etdirməyə çalışır. Prosesin tez yekunlaşması üçün bir neçə əsas səbəb var. Birincisi, regionda yeni reallıq formalaşıb və hərbi yolla problemi davam etdirmək artıq Ermənistan üçün mümkün deyil. İkincisi, ABŞ və Avropa İttifaqı sülh prosesinə daha aktiv dəstək verir və tərəfləri sürətli nəticəyə sövq edir. Üçüncüsü, Azərbaycan sülhün əsas prinsiplərini aydın şəkildə ortaya qoyub və geri addım atmaq niyyətində deyil. Görülən mənzərə göstərir ki, sülhün əldə olunması bu dəfə daha realdır. Əgər Ermənistan rəhbərliyi daxili təzyiqlərə tab gətirsə və beynəlxalq tərəfdaşların dəstəyindən yararlansa, yaxın vaxtlarda sazişin imzalanması mümkündür”.
Leyla Turan
Demokrat.az