Elnur Şükürov da azadlığa çıxdı — FOTO

GÜNDƏM 13 sentyabr 2025, 09:52

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

Demokrat.az xəbər verir ki, onun 3 illik həbs cəzası bu gün başa çatıb.

E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi. (Qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top