Kamçatkadakı zəlzələ ilə əlaqədar ABŞ-də sunami xəbərdarlığı edilib

DÜNYA 13 sentyabr 2025, 08:28
ABŞ Milli Okean və Atmosfer İdarəsi Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin maqnitudası 7,5 bal olub.

Rusiya Elmlər Akademiyasının geofizika xidməti məlumat yayıb kı, Kamçatka regionunda Petropavlovsk-Kamçatskidən 123 km aralıda 6,3 maqnitudalı zəlzələ baş verib. Belə ki, 46,8 kilometr dərinlikdə baş vermiş yeraltı təkanlar bir çox ərazidə açıq hiss edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top