Mirzoyan sərhədlərlə bağlı yenilikdən danışdı: Yaxında hansı xəbərlər gözlənilir?

GÜNDƏM 12 sentyabr 2025, 18:49
"Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlaması göstərir ki, Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar intensivləşib. Vaşinqton görüşündən sonra sülh prosesi daha da sürətlənib və problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

"Əsas məsələlərdən biri sərhədin dəqiqləşdirilməsidir. Yüksək səviyyəli təmaslar var və növbəti sərhəd hissəsinin razılaşdırılması gözlənilir. Bu, demarkasiya və delimitasiya prosesində irəliləyişlərin olduğunu göstərir. Daha əvvəl sərhədin müəyyən hissəsində razılıq əldə olunmuşdu. İndi növbəti hissə üzrə də irəliləyişlər müşahidə edilir".

O bildirib ki, Paşinyan hakimiyyəti həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına maraqlıdır:

"Bu baş verərsə, Ermənistan ilk dəfə blokadadan çıxaraq iqtisadi inkişaf imkanları qazanacaq.Hazırda prosesin qarşısını alan əsas məsələ sülh sazişinin imzalanmaması və sərhədin tam dəqiqləşdirilməməsidir. Lakin atılan addımlar ümidvericidir və yaxın vaxtlarda yeni xəbərlər açıqlana bilər".

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzəyan brifinq zamanı sərhədlərlə bağlı yenilik olacağını bildirib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top