Türkiyədəki zəlzələ bizə xəbərdarlıq kimi qəbul olunmalıdır — Seysmoloq

GÜNDƏM 28 oktyabr 2025, 15:07
“Türkiyədə baş verən son zəlzələ Azərbaycana birbaşa təsir etmir, çünki fərqli seysmik zonalarda yerləşirik. Amma region ümumilikdə aktiv tektonik qurşaqda olduğuna görə belə hadisələr bizdə də gərginliyi artıra bilər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında seysmoloq Elvin Məmmədov söyləyib.

O qeyd edib ki, Azərbaycanda son günlərdə zəif təkanlar qeydə alınsa da, onlar təhlükəli sayılmır:

“Bu təkanlar yerin dərin qatlarında gərginliyin tədricən boşaldığını göstərir. Hazırda seysmoloqlar vəziyyəti daimi izləyirlər və ölkə üzrə zəlzələ riskində ciddi dəyişiklik yoxdur. Ən çox aktivlik Qəbələ, İsmayıllı, Şamaxı, Zaqatala və Naxçıvan bölgələrində müşahidə olunur. Bakı və Abşeron zonası da riskli sayılır, amma orada dərin qırılma xətləri daha sabit xarakter daşıyır. Hazırkı seysmoloji vəziyyət nə panikaya səbəb olacaq qədər gərgindir, nə də tam risksizdir. Sadəcə ehtiyatlı olmaq, evlərin konstruksiyasına diqqət yetirmək və fövqəladə vəziyyət planına sahib olmaq tövsiyə olunur. Türkiyədəki zəlzələ bizə xəbərdarlıq kimi qəbul olunmalıdır. Təbiət sakit görünəndə də daim izlənməlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 16:42
Top