Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində saxlanılan azərbaycanlı çobanın Azərbaycana təhvil verildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Paşinyan oktyabrın 22-də hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinq zamanı bu məsələ ilə bağlı sualı cavablandırıb.
Baş nazir bildirib ki, sözügedən şəxs sərhədin müəyyən olunmamış hissəsindən piyada hərəkət edərək səhvən Ermənistan ərazisinə keçib və saxlanılaraq ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Paşinyan hadisə ilə bağlı verilən təxribatçı suala "Nə etməli idik, ona atəş açıb öldürməliydik?!" deyə sualla cavab verərək sərt təpki göstərib.
O, qeyd edib ki, dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, azərbaycanlı çoban daha sonra Azərbaycan tərəfinə təhvil verilib.
Jalə


