95 markalı benzinin qiyməti düşsə də, tələbat azalıb — SƏBƏB

GÜNDƏM 28 oktyabr 2025, 15:13
“Elektrik avtomobilləri yalnız elektriklə işləyir, hibrid avtomobillər isə yanacaqla işləsə də, əsas gücü elektriklə idarə olunmağa yönəlib”. 

Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.

Ekspert əlavə edib ki, bu da ümumi yanacaq sərfiyyatının azalmasına səbəb olub:

“Daxili yanma mühərrikli avtomobillərin istifadəsi azalır, elektrik mühərrikli avtomobillərin istifadəsi isə artır.  Hazırda ölkədə olan avtomobil parkının böyük əksəriyyəti 92 markalı benzinlə işləyən avtomobillərdir və bu maşınlar hələ də aktiv şəkildə istifadə olunur. Buna görə də 92 markalı benzinin istehlakında ciddi azalma yoxdur. Digər tərəfdən, 95 markalı benzinin qiyməti əvvəlki 2 manatdan 1.60 AZN-ə düşməsinə baxmayaraq, istehlakı azalıb. Bu da elektrik avtomobillərinin daha geniş yayılması ilə bağlıdır. Yəni, qiymət ucuzlaşsa da, insanlar elektrikli alternativlərə keçid etdikləri üçün 95 markalı benzinə tələbat azalıb”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 16:42
Top