Bir müddətdir ki, mediada filan rayon, filan şəhərdə “müəyyən yaşlı qız itkin düşdü” kimi xəbərlər görürük. Son zamanlar bu başlıqlı xəbərlərin sayı durmadan artır.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, son dövrlərdə yeniyetmələrin və uşaqların evdən qaçması, emosional gərginlik yaşaması və psixoloji baxımdan çətinlik çəkməsi halları daha çox müşahidə olunmaqdadır:
“Bu narahatedici tendensiyanın konkret səbəbləri vardır ki, onların başında ailədaxili münaqişələr və gərginliklər dayanır. Əsas səbəblərdən biri ailədə daimi konfliktlərin və aqressiv münasibətlərin olmasıdır. Unutmaq olmaz ki, uşaqlar və yeniyetmələr sağlam, mehriban və anlayışlı mühitdə böyümək istəyirlər. Onlar xoşbəxt və dəstəkverici ailədən özləri istəmədən uzaqlaşmazlar. Əksinə, evdən qaçmağa vadar edən əsas amillər valideynlər arasında tez-tez baş verən dava-dalaşlar, bir-birinə yönələn təhqir və hörmətsizliklər, eləcə də ailə mühitinin psixoloji baxımdan dözülməz hala gəlməsidir”.
O əlavə edib ki, tərbiyənin təməli məhz ailədə qoyulur:
“Əgər biz bu tendensiyanın qarşısını almaq istəyiriksə, ilk növbədə ailə institutunun möhkəmləndirilməsinə, ailə münasibətlərinin sağlamlaşdırılmasına diqqət yetirməliyik. Valideynlər arasında qarşılıqlı hörmət və anlayış olmalıdır. Ər-arvad bir-birini təhqir etməməli, uşaqların yanında münaqişə yaratmamalıdır. Ailədə sülh, sevgi və anlayış mühiti formalaşdırılmalıdır ki, uşaqlar özlərini orada təhlükəsiz və dəyərli hiss etsinlər. Tərbiyənin təməli məhz ailədə qoyulur. Ailə uşağın dünyagörüşünün, emosional sabitliyinin və davranış modelinin formalaşmasında əsas rol oynayır”.
Leyla Turan
Demokrat.az