Pul yığan direktorların arxasında kimlər durur? — Sabiq deputat DANIŞDI

GÜNDƏM 19 sentyabr 2025, 16:43
“Məktəblərdə baş verən bu pul yığma məsələləri valideynlərin məktəbə münasibətini dəyişir. Belə olmaz, onsuz da valideynlər qazanclarının 50 faizdən çox hissəsini repetitorlara, ödənişli təhsilə xərcləyirlər.

Dərs ili təzə başlayıb, artıq 5 günün içində bir neçə direktorun səs yazısı sosial şəbəkələrdə yayılıb. Bu, yolverilməzdir. Demək olar, bütün məktəblərdə bu hallar baş verir”.

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, direktorların bu əməli özbaşına etdiyini düşünmür:



“Səs yazısı yayılan direktor deyir ki, "pul alıram, yaxşı edirəm". Bu ifadə göstərir ki, bunlar sistemli şəkildə təşkil olunur. Direktor heç vaxt özbaşına pul yığmaz. Şagird müəllimə, direktora pul aparmamalıdır, bu, onların psixologiyasını zədələyir. Təhsilin vəzifələrindən biri mükəmməl vətəndaş hazırlamaqdır. Bu cür neqativ hallara qarşı ciddi tədbirlər görülməlidir. Fikir verirsinizsə, səs yazısı yayılan direktorların əksəriyyəti qadınlardır. Valideyni o həddə çatdırırlar ki, o, direktorun səs yazısını yayır. Bu hallar kütləvi hal alıb və qarşısı alınmalıdır.

Repetitor təhsili orta məktəbləri çökdürüb, uşaqlar dərsə gəlmir, tərbiyə komponenti məktəbin üzərindən götürülüb. Gələcəyimiz üçün biz məktəbləri qorumalıyıq”.

Qeyd edək ki, son olaraq Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Sözügedən səs yazısında onun "mən də burada qulam, pul almışam, yaxşı eləmişəm" kimi ifadələr yer alır.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top