“Adətən iqtisadi vəziyyəti aşağı olan şəxslər bu cür evlər almağa yönəlirlər. “Makler evləri” deyilən bu evlər tez bir zamanda satılması üçün planlaşdırılan, daha ucuz materiallardan inşa edilmiş, o cümlədən tikinti normalarına uyğun olmayan evlərdir. Bu evlər tezbazar, sürətli şəkildə tikilir, materialları ucuz olur, çox vaxt divarların qalınlığı sadəcə 1 daş olur, təhlükəsizlik üçün beton kəmər nəzərdə tutulmur. Əksər hallarda yerli və Çin istehsalı materiallardan istifadə edilir. Bu evləri alan şəxslər təbii ki, məcburiyyətdən alır, çünki daşınmaz əmlak günü-gündən bahalaşır. İmkanları normalara uyğun tikilmiş, daha təhlükəsiz evləri almağa şərait yaratmır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, bu cür evləri alanları gələcəkdə bir çox problemlər gözləyir:

“Birincisi, bu evlər tez sıradan çıxır, aşınır. Tikinti normativləri ona görə var ki, evin 50-75 il istifadə olunması mümkün olsun. Əks halda evin istismar ömrü daha qısa olacaq. İkincisi, hər hansı təbii fəlakət baş verərsə, bu evlərin davam gətirməsi mümkünsüzdür. Normal evlər 7-8 bal gücündə zəlzələyə tab gətirirsə, bu evlər 5-6 bal təkanda belə ciddi zərər görəcək.
Ona görə düşünürəm ki, FHN-in tərkibində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu hallar üzrə xüsusi reydlər keçirməlidir. Düzdür, dövlət vətəndaşlarımıza azad tikinti aparmaq üçün imkan yaradıb. Amma bu, o demək deyil ki, təhlükə mənbəyi olan evlər tikilməlidir. Bu cür evlər həm ev sahibləri, həm də qonşular üçün təhlükə yaradır”.
Cavidan Mirzəzadə
Demokrat.az