“Hər hansı bir məhsul və ya xidmətin yekun qiymətinin formalaşması, onun ərsəyə gəlməsi üçün çəkilən xərclərə əsaslanır. Yəni, bir məhsulun istehsalında və ya xidmətin göstərilməsində nə qədər yüksək xərc tələb olunursa, o məhsul və ya xidmətin qiyməti də bir o qədər baha olur”.
Bunu iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, buna istifadə olunan xammal və inqrediyentlər, qablaşdırma materialları, işçi qüvvəsinə ödənilən əməkhaqları, vergi öhdəlikləri, logistik xərclər, daşınma və saxlanma xərcləri aiddir:
“Əgər məhsul idxaldırsa, o zaman onun xaricdən alınma qiyməti, gömrük rüsumları və logistik məsrəflər də bu siyahıya əlavə olunur. Bütün bu xərclər toplanaraq üzərinə 5%, 10%, 20% civarında mənfəət marjası əlavə edilir və yekun satış qiyməti formalaşır. Azərbaycan iqtisadiyyatı hələ də böyük ölçüdə idxaldan asılıdır. Biz bəzi məhsulları bahalı qiymətə alır, baha gömrükləşdiririk. Daha sonra da onları baha başa daşınma və saxlanma ilə satış nöqtələrinə çatdırırıq. Bu isə təbii olaraq qiymətlərin yüksək olmasına gətirib çıxarır.
Nəticədə orta statistik Azərbaycan vətəndaşı piştaxtalarda bahalaşmanı aydın şəkildə hiss edir. Bu məsələnin həlli üçün ölkə daxilində istehsal zəncirinin qurulması vacibdir. Əgər biz bunu həyata keçirə bilmiriksə, subsidiyalaşma mexanizmini işə sala bilməmişiksə, dövlət proqramları ilə istehsalçını dəstəkləyə bilməmişiksə, o zaman alternativ variantlar nəzərdən keçirilməlidir. Məsələn, Dünya Ticarət Təşkilatına üzv olmaqla xarici bazarlara daha geniş çıxış əldə edə bilərik. Belə olan halda, dünya bazarında bu işi bizdən daha yaxşı və daha ucuz bacaranlar həmin məhsulları ölkəmizə gətirərək rəqabətli qiymətlərlə bazarı təmin edə bilərlər. Qısacası, ya özümüz istehsal etməliyik, ya da bacarana şərait yaratmalıyıq. Əks halda, qiymət artımlarının qarşısını almaq çətin olacaq”.
Leyla Turan
Demokrat.az