"Azərbaycan Cənubi Qafqazın bütövlükdə taleyini dəyişmiş bir dövlətdir. Onilliklər boyu mövcud olmuş status-kvonu Azərbaycan Ordusunun rəşadəti sayəsində dəyişən Azərbaycan dövləti bu gün Cənubi Qafqazda birmənalı və şərtsiz şəkildə geosiyasi iradə sahibidir. Artıq bölgədə maraqları olan bütün dövlətlər rəsmi Bakının mövqeyi və maraqları ilə hesablaşmaq məcburiyyətindədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, bu reallığın əsasında Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər dayanır:
"Ardınca həyata keçirilən yüksək peşəkarlıqla icra olunmuş antiterror əməliyyatları nəticəsində də uzun illərdir Azərbaycana meydan oxuyan erməni separatçıları və terrorçuları cəmi bir neçə saat, hətta bir sutka tamam olmadan darmadağın edildi. Bununla da Azərbaycan Ordusu dövlətimizin sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə təmin etmiş oldu.
Antiterror əməliyyatlarının tarixi əhəmiyyəti danılmazdır. Çünki nəhayət, müstəqil Azərbaycan öz bütün ərazilərinə tam nəzarət imkanını əldə etdi. Eyni zamanda, onilliklər boyu Cənubi Qafqazda “erməni faktoru” üzərindən məkirli planlar quran qlobal güclər artıq bu aləti itiriblər. Erməni separatizminin əsas himayədarı olan Rusiya da bu təsir vasitəsindən məhrum qalıb və indi Azərbaycana qarşı təzyiq göstərə biləcək real mexanizmə malik deyil".
Onun sözlərinə görə, antiterror əməliyyatları nəticəsində Cənubi Qafqazda həm Rusiyanın, həm də Qərbdəki bəzi ermənipərəst dairələrin dəstəklədiyi erməni layihəsi tamamilə iflasa uğradı:
"“Erməni faktoru” birdəfəlik sıradan çıxarıldı və bu, regionu yeni inkişaf mərhələsinə keçirdi. Azərbaycan isə həm regional liderə çevrildi, həm də qlobal məkanda siyasi iradəsi qəbul edilən dövlət statusunu qazandı.
Bu gün Azərbaycanın inkişaf perspektivləri qarşısında heç bir maneə qalmayıb. Bu isə məhz Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatlarında əldə etdiyi tarixi qələbənin nəticəsidir".
Əfsanə Kamal
Demokrat.az