“Azərbaycan Qran-Prisinin ölkəmizdə keçirilməsi həm iqtisadi, həm də turizm baxımından böyük əhəmiyyət daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, bu yarış artıq 8-ci dəfədir Bakıda təşkil olunur”.
Bunu turizm eksperti Rauf Məmmədli Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, bu, Azərbaycanın qlobal idman təqvimində sabit mövqeyini göstərir:
“Tədbirə 13 mindən çox turistin gələcəyi proqnozlaşdırılır. Bu da hotel və restoran sektorunda canlanma, ictimai iaşə müəssisələrində, nəqliyyatda və xidmət sahələrində əhəmiyyətli gəlir deməkdir. Formula 1 kimi nüfuzlu bir idman tədbirinin Bakıda keçirilməsi ölkənin beynəlxalq imicinə də müsbət təsir edir. Dünyanın aparıcı televiziya kanalları vasitəsilə yayımlanan bu yarış həm də Azərbaycanın mədəniyyətini, tarixi məkanlarını və müasir şəhər simasını tanıtmaq üçün unikal fürsətdir”.
Ekspert əlavə edib ki, turizm baxımından əsas qazanc yalnız yarış günlərində deyil, həm də uzunmüddətli perspektivdə müşahidə olunur:
“Yəni bu yarışa gələn turistlər Azərbaycanın turizm potensialını görür. Daha sonra yenidən fərqli mövsümlərdə ölkəmizə səfər etməyə maraq göstərə bilirlər. Bundan əlavə, tədbir zamanı işgüzar əlaqələrin genişlənməsi və yeni beynəlxalq tərəfdaşlıqların qurulması da mümkündür. Belə böyük tədbirlər həm də logistik və təşkilati baxımdan böyük məsuliyyət tələb edir. Formula 1 Azərbaycan üçün sadəcə idman yarışı deyil, həm də güclü iqtisadi və turizm stimulu rolunu oynayır”.
Leyla Turan
Demokrat.az