Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Vüqar Əliyev şəxsi münasibətlər zəminində 1993-cü il təvəllüdlü Rasim Əhmədovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar 28 iyun 2024-cü ildə, gecə saat 1 radələrində Sabunçu rayonunda yerləşən dəmiryol vağzalının qarşısında, ictimai yerdə dayanıb tanışları ilə söhbət edərkən əvvəlcədən tanıdığı Rasim ona yaxınlaşıb.
Əl uzadaraq salam verməsinə baxmayaraq sonuncuya qarşılıqlı salam vermədiyi üçün aralarında yaranmış mübahisə və dava-dalaş zamanı ətrafda çoxsaylı adamların olmasına baxmayaraq üzərinə hücum edib.
Vüqar silah qismində istifadə etdiyi ucu iti vintaçandan istifadə etməklə qəsdən öldürmək məqsədi ilə Rasimin bədəninə qəsdən iki zərbə vurub. Xəsarət alan Rasim ölüb.
Hadisəni törədən Vüqar Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, iyunun 28-də, gecə saat 12-1 radələrində iş yeri olan Sabunçu bazarından çıxıb evə gedib:
“Yolda Dəmiryol vağzalının yanında olan marketin qabağında mərhum Rasim ilə rastlaşdım. Həmin vaxt hər ikimiz içkili olmuşuq. Rasimin yanında Şamil adlı tanıdığım bir nəfər də olub. Rasimlə heç bir səbəb olmadan mübahisə etməyə başladıq. Bundan sonra bir-birimizi təhqir etməyə başladıq. Rasim mənim gözümün altından yumruq zərbəsi vurdu. Mən də qarşılıq verdim. Rasimi cəzalandırmaq məqsədi ilə çantamda olan vintaçan ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, əvvəllər narkotik vasitə əldə etdiyinə görə məhkum olunub, həmin işə Hacıqabul rayon Məhkəməsində baxılıb, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub:
“2021-ci ilin dekabrında azadlığa çıxmışam. Azadlığa çıxdıqdan sonra və hadisə günü narkotik vasitə istifadə etməmişəm. Hadisə vaxtı mən tək olmuşam. Rasimin yanında yalnız Şamil adlı oğlan olub. Mən marketdən çıxarkən Rasimgillə rastlaşmışam. Bu vaxt Rasimin yanında olan Şamil salam verdi. Mən də salam verdim. Rasim məndən ”Vüqar nəyə görə mənə qarşı kinli davranırsan” deyə soruşdu. Bundan sonra mübahisə başladı.
Hadisə baş verdiyi vaxt heç kəs bizi ayırmayıb. Hadisə baş verən gün mebel yığmaq üçün Binə qəsəbəsinə getmişəm və ona görə də hadisə vaxtı əlimdə olan paketdə vintaçan olub. Hadisə vaxtı ətrafda taksi sürücüləri və yoldan keçən adamlar da var idi. Mebel yığmağa getdiyim evdə içki içmişəm. Buna baxmayaraq ayıq olmuşam. Rasim mənə salam verən vaxt salamı gec almışam. Hadisə vaxtı mebel yığmağa getdiyim üçün əlimdə direl, vintaçan və digər alətlər olan paket olub. Vintaçanı paketdən götürmüşəm. Əvvəlcə hadisə baş verən yerdə Şamil ilə söhbət etmişəm. Sonradan isə Rasim gəldi”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi də açıqlanıb.
O, həmin ifadəsində göstərib ki, 2021-ci ildən Sabunçu qəsəbəsi ərazisində yerləşən gündəlik kirayə verilən evlərdə yaşamağa başlayıb:
“Həmin vaxtdan etibarən Sabunçu bazarında fəhlə işləmişəm. Rasimi ilk dəfə Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasında olarkən tanımışam. Çünki, Rasim də həmin istintaq təcridxanasında olub. Lakin, Rasimlə münasibətim olmayıb. Çünki, Rasim təcridxanada olarkən məhkumlar arasında qeyri ciddi və hörmətsiz məhkum kimi tanınıb. Ona görə də, Rasimlə münasibət saxlamamışam. Cəzamı ı çəkib azadlığa çıxdıqdan sonra yaşadığım Sabunçu qəsəbəsi ərazisində olarkən Rasimi dəfələrlə qəsəbə ərazisində görmüşəm. Rasim də məni görüb. Lakin, biz görüşməmişik. Daha doğrusu Rasim cəzaçəkmə müəssisəsində məhkumlar arasında qeyri ciddi və hörmətsiz məhkum kimi tanındıdığım üçün ona salam verməmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, 27 mart 2024-cü ildə bazarda işləməyə gedib:
“Təxminən saat 14 radələrində yaşadığım evin yaxınlığında küçəyə çıxdım və həmin ətrafda yaşayan tanışlarla kafedə oturub çay içdik, nərd oynadıq. Saat 23 radələrində yemək yemək üçün çay içdiyim çayxananın böyründə yerləşən kafeyə keçdim. Orada şam yeməyi yedim, biraz da spirtli içki olan viski içdim. Gecə saat 00:30-da kafedən küçəyə, Sabunçu qəsəbəsində yerləşən avtovağzalın qarşısına çıxdım. Orada həmin ərazidə yaşayan Şamil və adlarını xatırlamadığım digər tanışlarım ilə söhbət etməyə başladıq. Adlarını qeyd etdiyim tanışları ilə söhbət edərkən küçədə Rasim tanımadığım iki nəfərlə birlikdə bizə tərəf gəldi. Rasim yaxınlaşaraq salam vermək üçün əl uzatdı. Özüm və yanımda olan digər yoldaşlar ona əl uzatmadıq. Rasim üzünü mənə tutaraq dedi ki, niyə salamımı almırsan.
Rasimə dedim ki, yeri get, səni pis günə qoymayım. Rasim də dedi ki, qoymayanın bacısı belə-belə edək. Bədənimi azca qabağa edərək Rasimin üstünə getmək istəyəndə yanımda olan tanışlarım məni tutaraq mane oldular. Həmin vaxt Rasim bildirdi ki, nə oldu, gəlmiyənin anasını, bacısını belə-belə edim. Rasimin üz nahiyəsindən bir kəllə zərbəsi vurdum. Həmin vaxt Rasim də yumruqla onun üzündən zərbə vurmuşdur. Daha sonra ətrafda olan tanımadığım şəxslər bizi ayırdılar. Bundan sonra Rasim mənə yenidən söyüş söydü. Bu zaman şalvarımın bel hissəsində saxladığım vintaçanı çıxardım və Rasimin üstünə getdim. Əlimdə olan vintaçanla onun sol böyür hissəsinə iki zərbə vurdum. Rasim xəsarət aldı. Rasimi vurduqdan sonra sonuncu 5-10 saniyə ayaq üstə qaldı və yerə yıxıldı. Hadisə yerindən uzaqlaşıb bir neçə dəqiqə keçdikdən sonra 12-ci polis şöbəsinə getdim. Orada hadisə törətdiyimi bildirdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az