Bakıdakı sürücü gündəm oldu — VİDEO

HADİSƏ 28 aprel 2025, 11:57

Bakıda bir yanacaqdoldurma məntəqəsindən çıxan avtomobilin sürücüsü, şlanqı (benzin doldurulmuş nasos boru) çıxarmağı unudub.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər tərəfindən geniş müzakirə olunub.

Videoda, yanacaqdoldurma məntəqəsindən çıxan avtomobilin əslində benzin şlantını maşının arxasında çəkərək uzaqlaşdığı görülür. Sürücünün yanacaq doldurma prosesini tamamlamadan hərəkətə başlaması, ciddi təhlükə yarada biləcək bir vəziyyətdir.

Hadisədən sonra yanacaqdoldurma məntəqəsi işçiləri dərhal reaksiya verərək şlantı sürücüdən geri alıb.

Xoşbəxtlikdən hadısə zamanı heç bir qəza baş verməyib.

Bu tip halların qarşısını almaq üçün mütəxəssislər, sürücülərin yanacaq doldurduqdan sonra şlantı tam çıxardıqlarına və düzgün şəkildə yerinə qoyduqlarına əmin olmalarını tövsiyə edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top