“Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı mühüm əhəmiyyət daşıyır. 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən bu tədbir dünya əhalisinin təxminən 80%-ni təmsil edir”.
Bunu Demokrat.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib. O əlavə edib ki, platformanın əsas məqsədi Qlobal Cənub ölkələri arasında əməkdaşlığı və koordinasiyanı gücləndirməkdir:
“Bununla yanaşı vətəndaş cəmiyyəti təşkilatları arasında təcrübə və bilik mübadiləsini təşviq etmək lazımdır. Qlobal problemlərin həllində Cənub ölkələrinin səsini gücləndirmək burada vacib məqamdır. Dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün birgə strategiyalar hazırlamaq lazımdır. Regional və beynəlxalq səviyyədə QHT-lərin təsir imkanlarını artırılır. Bu tədbirin region və Azərbaycan üçün töhfələri var. Azərbaycan beynəlxalq vətəndaş cəmiyyəti platformalarında daha aktiv iştirak edərək öz mövqeyini möhkəmləndirir. Yerli QHT-lər müxtəlif ölkələrdən gələn təcrübəli təşkilatlarla əməkdaşlıq quraraq öz fəaliyyətlərini təkmilləşdirə bilərlər. Oxşar çətinliklərlə üzləşən ölkələr ortaq problemlərə birgə həll yolları tapa bilərlər. Belə mühüm bir tədbirin ev sahibi kimi Azərbaycanın beynəlxalq nüfuzu artır. Bu cür platformalar həmçinin qlobal ədalət, inklüziv inkişaf və daha balanslı beynəlxalq münasibətlər sisteminin formalaşmasına xidmət edir”.
O diqqətə çatdırıb ki, Azərbaycanın bu mühüm platformaya ev sahibliyi etməsi və burada aktiv iştirakı bir sıra əlavə strateji üstünlüklər gətirir:
“Azərbaycan Şərq və Qərb, Şimal və Cənub arasında təbii körpü rolunu oynayır. Bu platforma çərçivəsində də müxtəlif regionlar arasında dialoq üçün əlverişli mühit yaradır. Bu platformanın təsis edilməsində fəal iştirak etməklə Azərbaycan özünü qlobal vətəndaş cəmiyyəti proseslərinin təşəbbüskarı kimi təqdim edir. Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət apararaq, Qlobal Cənub ölkələri üçün model ola bilər. Bu platforma QHT-lər səviyyəsində qurulan əlaqələr sonradan daha geniş iqtisadi əməkdaşlığa transformasiyadır. Azərbaycan özünü beynəlxalq tərəfdaşlar üçün etibarlı və sabit bir ölkə kimi təqdim edərək yeni investisiya imkanları qazana bilər. Müxtəlif ölkələrdəki Azərbaycan diasporası bu platforma vasitəsilə daha geniş şəbəkələrə çıxış əldə edəcək. Bu platforma Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir və ölkənin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edir”.
Leyla Turan
Demokrat.az