
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Xalq artisti Eyyub Yaqubovla bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, musiqiçi müğənninin ona maddi dəstək olduğunu deyib.
"Mənim pulsuz vaxtlarımda pul verib, yardım edib. İlk klipimin çəkilişində o dəstək olub. Pula ehtiyacım olan vaxtlarda əl tutub, bunu unutmaram" deyə, Hüseyn bildirib.
E.Yaqubov isə "İnsan insana əl tutar. İnsanlıq budur" deyə, ona cavab verib.