32 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 28 aprel 2025, 19:02
Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Mətləb şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 oktyabr 2024-cü ildə baş verib. Bakı şəhər sakini Mətləb həmin gün saat 15 radələrində yaşadıqları evdə arvadı Fəridə ilə sonuncunun mobil telefonunu götürməsinə görə geri istəməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində evin içərisində mətbəxdə şillə ilə sifət nahiyəsinə vurub. 

Daha sonra o, Fəridəni itələyib yerə yıxıb, həmçinin evin həyətində saçından tutaraq sürükləyib. Sonra itələyərək yerə yıxmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mətləbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fəridə ilə 2016-cı ildən rəsmi olaraq evlidir və iki azyaşlı övladları var: “Sonuncu dəfə 5 oktyabr 2024-cü ildə, saat 15 radələrində yaşadığım evə gəldikdə evin içərisində Fəridə ilə aramızda mübahisə yarandı. Bu zaman Fəridə üzərinə tərəf gəldi. Mən sağ əlim ilə onun sifət nahiyəsinə şillə vurdu və itələdikdə yerə yıxıldı. Daha sonra yenidən üzərimə gəlmək istədikdə mən mənzildən çıxdım. Daha sonra evin həyətində Fəridəni itǝlədim və sonuncu yenidən yerə yıxıldı”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi deyil. Bu səbəbdən hökm çıxarılarkən onun barəsində ittihamedici olmayıb. Məhkəmə Mətləbin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top