"İmtahan sualları sadə olub" — Taksi sürücüləri niyə imtahandan kəsilib?

GÜNDƏM 28 aprel 2025, 18:10
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib. 200-ə yaxın taksi sürücüsü imtahandan kəsilib.

Bununla bağlı  nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, imtahanların keçirilməsi və nəticələrin təyin edilməsi taksi bazasının hesablanmasını nəzərdə tutur:

“Gələcək perspektivdə bu və digər formada taksi bazasında olacaq sürücülərin yetişdirilməsinə, hazırlanmasına hesablanır. Təəssüflər olsun ki, imtahandan kəsilən şəxslər sürücülərdir. Fəaliyyətdə olan şəxslərin imtahandan kəsilməsi üzücüdür. Bildiyim qədəri ilə imtahanın sualları sadə olub. Bu da onu göstərir ki sürücülərimiz öz üzərində işləməyiblər. Müvafiq olaraq qaydalara və qanunlara laqeyd yanaşıblar. İmtahana daha yaxşı hazırlaşmalı idilər. Suallar ümumi bilik və bacarıqların öyrənilməsinə hesablanmışdı. Sürücü vətəndaşa doğru şəkildə xidmət etməyi bilməlidir. Həm qaydaları, həm də praktikanı bilmək lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top