“Xaricdə təhsil üzrə dövlət proqramının icrası prosesində nəzərdə tutulan dəyişikliklər əsasən seçim meyarlarında olacaq. Burada məqsəd müraciət edən vətəndaşların seçim prosesini daha da sadələşdirmək və şəffaflaşdırmaqdır”.
Bunu elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, hər il bakalavr, magistratura və doktorantura üzrə kifayət qədər sayda müraciət daxil olur:
“Ancaq seçim zamanı bəzən ziddiyyətli hallar ortaya çıxır. Çünki müraciət edənlərin əhəmiyyətli bir hissəsi, 20-30 %-i əsas meyarlara cavab verir. Bu zaman konkret seçim aparmaq çətinləşir. Buna görə də, dil bilikləri, qəbul aldıqları universitetlərin səviyyəsi, tədris olunacaq ixtisasların prioritetliyi kimi əlavə parametrlərin tətbiqi gözlənilir. Bu da seçim prosesini daha aydın və obyektiv edəcək. Dünyanın ən nüfuzlu universitetlərinə məsələn, Cambridge, Oxford, Harvard, İstanbul Universiteti, Sinqapur və Cənubi Koreya universitetlərinə qəbul olanlara üstünlük verilə bilər. Yəni, bu universitetlərə qəbul alan namizədlər üçün proqramda daha sadə və birbaşa seçim mexanizmi tətbiq olunması nəzərdə tutulur. Gözlənilən dəyişikliklər seçim prosesinin optimallaşdırılmasına və şəffaflaşdırılmasına yönəlib”.
Leyla Turan
Demokrat.az