Bank xidmətlərinin “pulsuz” görünən tərəfi əslində belə işləyir — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 23 sentyabr 2025, 13:39
"Bankların təqdim etdiyi ölkədaxili köçürmələr, kartdan-karta əməliyyatlar və keşbək xidmətləri əslində pulsuz deyil. Bu əməliyyatların arxasında bank üçün işçi qüvvəsi və maliyyə xərcləri dayanır. Məsələn, bir bankdan digərinə vəsait ötürülərkən real pul hərəkəti baş verir, hətta ödəniş platformalarına edilən mədaxillər də işçilər vasitəsilə banklara daşınaraq yerləşdirilir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xaliq Kərimli deyib.

O, bildirib ki, əvvəllər banklar daha çox müştəri qazanmaq məqsədilə bu xidmətlərdə yüksək limitlər müəyyənləşdirirdilər:

"Məqsəd vətəndaşı cəlb edib bankın xidmətlərindən istifadə etməyə öyrəşdirmək idi. Lakin populyarlıq artdıqdan sonra artıq həmin xidmətlərdən gəlir əldə etmək prioritetə çevrildi və limitlər tədricən aşağı salındı.Keşbək isə sırf bank üçün xərcdir və müştəri qazanmaq üçün tətbiq olunmuşdu. Banklar düşünürdülər ki, keşbək sayəsində vətəndaşların hesabları, qalıq vəsaitləri bankda qalacaq və nəticədə kredit, valyuta əməliyyatları və digər xidmətlərdən gəlir əldə olunacaq. İndi isə xərclər və gəlirlər yenidən analiz edilərək limitlər daraldılır və müştərilər yalnız müəyyən məbləğdən yuxarı əməliyyatlar üçün komissiya ödəməklə üzləşirlər".

Onun sözlərinə görə, nəticə etibarilə, bankları pulsuz xidmət göstərməyə məcbur etmək mümkün deyil:

"Vətəndaş isə ya mövcud şərtlərlə razılaşmalı, ya da alternativ bank seçməlidir. Uzunmüddətli perspektivdə keşbək və oxşar güzəştlərin daha da azalacağı gözlənilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 14:59
23 sentyabr 2025, 13:02
Top