Tələbələrin açıq-saçıq geyinməsini qəbul etmirəm — Deputat

GÜNDƏM 23 sentyabr 2025, 14:51
“Bəzi tələbələrin geyimləri insanda ikrah hissi oyadır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, tələbələrin açıq-saçıq geyinməsini qəbul etmir:

“Gənclərin, tələbələrin şəxsi həyatına müdaxilə etmək, onların geyimlərinə, həyat tərzinə əsassız qadağalar qoymaq qəbuledilməzdir. Çünki dünya müasirləşib. Ancaq müəyyən milli-mənəvi dəyərlər var ki, onlar mütləq qorunmalıdır. Bu, həyatda da, təhsildə və işdə də özünü büruzə verməlidir. Mən tələbələrin açıq-saçıq geyinmələrini xoşlamıram və qəbul etmirəm. Əndazəni aşmaq olmaz. Geyim insan haqqında həm mənfi, həm də müsbət fikirlər yarada bilər. Ona görə də hər bir tələbə öz geyiminə diqqət etməlidir. Çalışmalıdır ki, geyimi cəmiyyətdə ikrah hissi yaratmasın. Bəzən elə tələbələrə rast gəlirik ki, universitetə çox eybəcər şəkildə gedirlər. Küçədə insan onlara baxanda ikrah hissi oyanır. Hər bir geyimin öz yeri var”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 15:28
23 sentyabr 2025, 14:59
Top