İctimai nəqliyyatda yenilik: Artıq avtobuslar daha tez gələcək

GÜNDƏM 23 sentyabr 2025, 15:04
““İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu sayəsində ictimai nəqliyyat vətəndaşlar üçün daha əlçatan olacaq, xidmətin keyfiyyəti yüksələcək və daşımalar daha təhlükəsiz həyata keçiriləcək. Gələcəkdə intervallar azalacaq, marşrutlarda buraxılan avtobusların sayı artırılacaq".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, bu, sərnişinlərin dayanacaqlarda uzun müddət avtobus gözləməsinə ehtiyac qalmayacağı deməkdir:

"Eyni zamanda, daşıyıcı şirkətlər üçün ictimai nəqliyyatda işləmək daha sərfəli olacaq. Hazırda onlar gediş haqqının sərfəli olmadığından narazıdır və ziyana işlədiklərini bildirirlər. Lakin dövlət tərəfindən maliyyələşdirmə təmin olunduqdan və yeni qrupla müqavilə bağlandıqdan sonra bu, onların üçün də səmərəli olacaq".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 15:28
23 sentyabr 2025, 14:59
Top