Sürücülər şəhər mərkəzinə daxil olmaq üçün ödəniş edəcəklər? — AÇIQLAMA

GÜNDƏM 23 sentyabr 2025, 12:33
Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bu qərar gözlənilən idi:

“Müxtəlif ölkələrdə və böyük şəhərlərdə artıq bu sistem tətbiq olunur. Buna tıxac vergisi də deyirlər. Yəni simvolik olaraq belə adlandırılır. Buradakı məqsəd, sıxlıq olan ərazilərdə, xüsusilə də şəhər mərkəzlərinə avtomobillə girişin ödənişli əsaslarla məhdudlaşdırılmasıdır. Bu sistemə görə, sürücülər şəhər mərkəzinə daxil olmaq üçün müəyyən məbləğ ödəyirlər. Bu da, təbii olaraq, tıxacların azaldılmasına və nəqliyyat axınının tənzimlənməsinə xidmət edir. Eyni zamanda, bu yolla toplanan vəsait xüsusi fonda yönəldilir. Həmin vəsaitin müxtəlif sahələrdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatın inkişafı və ekoloji layihələr üçün istifadə olunması nəzərdə tutulur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 13:02
Top