Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Müslüm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Natavana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 aprel 2024-cü ildə Xəzər rayonu, Çiləcər yaşayış massivində baş verib.
Bakı şəhər sakini Müslüm həmin gün saat 21 radələrində sərxoş halda yaşadıqları Çiləcər yaşayış massivi yeni tikilmiş evlərinin həyətində həyat yoldaşı Natavanın ona evə sərxoş vəziyyətdə gəlməsini, azyaşlı uşağına qışqırmasını irad tutub, onu söyərək təhqir etməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində onun təşəbbüsü ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı həmin gün orada qisas almaq məqsədilə Natavanın bədəninin müxtəlif nahiyyələrindən qəsdən yumruq zərbələri ilə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Natavan onun həyat yoldaşıdır: “Arada bir spirtli içki içirəm. Aprelin 28-də, axşam saat 18 radələrində spirtli içki içdim. Sonra saat 21 radələrində evə sərxoş halda gəldim. Evdə azyaşlı oğlum Cəlilə onun nadincliyinə görə qışqırdım. Bu zaman Natavan əsəbi halda yanıma gəldi. Mənimlə münaqişə etdi, məni durduğum yerdə söydü. Sonra ikimiz evin həyətinə çıxaraq söhbət etdik. Natavan üzərimə gələrək yenə valideynlərimi təhqir etdi. Bu zaman yumruq zərbələri ilə onun baş nahiyəsindən vurdu. Səs-küyə qonşu Əli gəldi. Bu zaman mən getdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Müslüm 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı Xəzər rayonu, Çiləgər yaşayış massivində yeni tikili ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az