Bakının Xəzər rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib.
Masallı rayon sakini, 2001-ci il təvəllüdlü Fərrux şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Orxana xəsarət yetirib.
Hadisəni törədən Fərruxun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərrux ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Orxan onun qonşuluğunda yaşayır: “Hadisə günü saat 14:30 radələrində Orxan hasarın üzərindən məni səslədi. Onunla söhbət etmək üçün evin qarşısındakı küçəyə çıxdım. Orxan mənə bildirdi ki, həyətində saxladığı itin səsi ona maneçilik edir. Bu barədə aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim və onun baş nahiyyəsindən qəsdən əlim ilə vurdum. Hadisə zamanı yanımızda heç kim olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə, hadisə günü saat 14:30-da Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evinin qarşısında qonşuluğunda yaşayan Fərruxla aralarında olan
mübahisə zamanı ona əli ilə baş nahiyyəsindən qəsdən vuraraq bədən xəsarəti yetirib: “Mübahisəyə səbəb isə Fərruxun həyətində saxladığı itin səsinin gecələr mənə maneçilik törətməsi və bu barədə tədbir görməsini xahiş etməm olub. Bu barədə Fərrux mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı məni əli ilə baş nahiyyəmdən qəsdən vuraraq bədən xəsarəti yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərrux 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı Binə qəsəbəsindəki nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az