İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü oldu — YENİLƏNİB

GÜNDƏM 28 aprel 2025, 17:15
Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə aprelin 28-də məhdud tərkibdə görüşü olub.

Demokrat.az 
xəbər verir ki, görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub.

Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib.

Söhbət zamanı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

***13:46

Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

Demokrat.az
xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***12:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top