Ekspert: "Səhiyyə sistemi vahid mərkəzdən idarə olunmalıdır"

GÜNDƏM 28 aprel 2025, 15:46
"Təəssüf ki, səhiyyə sahəsində vəziyyət acınacaqlı hala çatıb. 3 dövlət orqanın bu sahəyə nəzarət etməsi pərakəndəlik və xaos yaranıb. Hansı xəstəxananın kim tərəfindən idarə olunduğu vətəndaşa məlum deyil. Xəstəxanalarda vəziyyət, növbə mədəniyyəti, həkimlərin yerində tapılmaması əsas problemlərdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, məinki növbətçi həkimlər, iş vaxtı belə həkimlər iş başında tapılmır:

"Həkimlər dövlət xəstəxanasında işlərini atıb gedirlər özəl xəstəxanada işləyirlər. Qalan həkimlərin də növbəsində çox sayda insan olur. Müayinələr üçün də insanlar günlərlə növbədə gözləyir. Sığorta sistemində növbə daha uzun və əziyyətlidir.Düşünürəm ki, səhiyyə sistemi bir mərkəzdən idarə edilməli, həkim, poliklinika, xəstəxana sayı əhalinin sayına uyğun olmalıdır. Həkimlərin və tibb bacılarının işinə nəzarət edən sistem olmalıdır. Növbətçi həkim öz növbəsində məsuliyyət daşımalıdır. İnsanlar həkimə ümid edir. Həkim yerində tapılmadığı zaman xəstə başqa yerə aparılan anda dünyasını dəyişir. Belə hallar olduğu zaman həkim və xəstəxana rəhbərliyi sərt cəzalandırılmalıdır. Təcili yardım da da maşın, həkim çatışmazlığı yaşanır. Səhiyyə sistemi mərkəzləşdirilmiş sistemli şəkildə işləməlidir. Səhiyyə sistemi vətəndaşların sağlamlığı üçün ən vacib sistemdir".

Qeyd edək ki, sosial şəbəkələrdə Abşeron xəstəxanasında növbə gözləyərkən dünyasını dəyişən vətəndaşın görüntüləri yayılıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top