Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsi özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb.
Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Qlobal Cənub QHT Platformasının təsis konfransının Azərbaycanda keçirilməsi çox önəmli bir hadisədir:
“Bu, müasir və gələcək dünyamızda Azərbaycanın artıq xüsusi rol oynadığını və öz rolunu daha da yüksəldəcəyinin bir mesajıdır. Qlobal Cənub QHT forumunda önəmli mesaj odur ki, bu QHT-lər əsasən dünyanın inkişaf etməkdə olan Qlobal Şimal və Qərb institutlarının birləşdiyi platformada təmsil olunmurlar. Bu Qlobal Cənub ölkələrinin yeni bir QHT platforması kimi üzə çıxması deməkdir. Təbii ki, bunun da bir nömrəli arxasında duran güc məhz Azərbaycandır”.
Deputat əlavə edib ki, bu, ölkəmizin həm də bir yumşaq güc mərkəzi kimi formalaşmasının göstəricisidir:
“Qlobal Cənub QHT platforması üzərindən öz yumşaq gücümüzü dünyaya çatdırırıq. Bəzən Qərb institutları tərəfindən QHT platformaları siyasi manipulyasiya aləti olaraq Qlobal Cənuba, digər ölkələrə qarşı istifadə olunublar. Ancaq Qlobal Cənub platformasında məhz Qlobal Cənub ölkələrinin QHT maraqlarının müdafiə və təmsil olunması baxımından bu tam yeni bir platforma kimi üzə çıxır. Yenə də bunun arxasında Azərbaycan durur ki, bu da həmin bu platformanın gələcək perspektivlərinin yaxşı olacağını vəd edir”.
Leyla Turan
Demokrat.az