Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsi özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb. Tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Bakıda keçirilən QHT-lərin beynəlxalq toplantısı mühüm bir hadisədir:
“Nəzərə alsaq ki, bu tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının əksəriyyəti Qlobal Cənubun təmsilçiləridir. Bu ölkələr uzun müddət müstəmləkəçilikdən əziyyət çəkmiş və bu gündə bir çox dövlətlərin hələ də işğalı və təyziqi altında olan ölkələrin təmsilçiləridir. Bu da dünyada yeni bir trendin başlandığının göstəricisi sayıla bilər. Yəni, geridə qalmış, uzun müddət müstəmləkə şəraitində yaşamış ölkələr və bunların ictimai təşkilatları daha aktiv şəkildə öz hüquqları uğrunda mübarizə aparmağa cəhd edirlər. Bu cür toplantıların keçirilməsi üçün əsas ev sahibliyə edən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan məhz Qoşulmama Hərəkatına başçılıq etdiyi dövrdə bu cür platformalar təqdim etməklə müstəmləkə altında olan xalqların hüquqların müdafiəsi üçün bir platforma təşkil edir. Bu tədbir bir daha Bakının beynəlxalq məsələlərdə aktiv rolunun göstəricisi ola bilər”.
Leyla Turan
Demokrat.az