Banklardan faiz borcu hansı hallarda silinə bilər?

GÜNDƏM 28 aprel 2025, 17:54
"Məhkəmələr kredit müqavilələri üzrə öz mülahizələri əsasında faiz borcunu silə bilməz. Verdiyi kreditə görə faiz tələb etmək bankların hüququdur. Faizlər bankların əsas gəlir mənbəyindən biridir. Faiz tələb edilməsi qanunvericiliklə tənzimlənən məsələdir. Məhkəmələr kredit müqaviləsi üzrə dəbbə pulu, peniya, cərimə pulu kimi borcları öz mülahizələri əsasında silə bilərlər".

Bu sözləri Demokrat.az-açıqlamasında vəkil Turan Abdullazadə bildirib. 

"Məsələn, kredit təşkilatı 17.000 manat cərimə hesablasa belə, məhkəmə bu məbləği 170 manata kimi endirə bilər. Faiz borcunun azaldılması və silinməsi yalnız məhkəmənin təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsasında ola bilər. Ekspert faizlərin şişirdilmiş və ya normadan çox hesablanmış olduğunu bildirsə, faizlər azaldıla bilər. Hər hansı qanunsuzluq aşkara çıxarsa, faizlərin silinməsi ilə bağlı qərar qəbul edilə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top