"İran prezidenti Məsud Pezeşkian yüksək səviyyədə qarşılandı. Azərbaycan Prezidenti ilə birlikdə sənədlər imzalandı və mətbuata çıxış edildi. Məsud Pezeşkian Azərbaycanda olduğundan qürur duyduğunu, özünü Ərdəbildəki, Təbrizdəki kimi hiss etdiyini bildirib. Prezident İranda baş verən terror aktına görə səfəri tez başa vuracağını bildirib. Onun çıxışlarından, hərəkətlərindən görünür ki, Azərbaycanla isti münasibətlər qurmağa həvəslidirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
"Bir neçə vilayət rəhbəri və iş adamı ilə gələn Pezeşkian Azərbaycanın şimal-cənub marşrutu üzrə böyük işlər gördüyünü bildirib. Hesab edirəm ki, İran prezidentinin Azərbaycana səfəri çox vacibdir səfərdir. Görüş regionda sabitliyin, sülhün əldə olunması üçün vacib məsələdir. Səfər ərəfəsində Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edam ediləcəyi ilə bağlı da məlumatlar yayıldı. İran Azərbaycanla isti münasibətlər qurmaq niyətindədir. Azərbaycan son illər təkcə Cənubi Qafqazın yox, dünyanın siyasi arenasında özünün yeri olan, Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edən güclü dövlətə çevrilib. Azərbaycan isə hər zaman İran da daxil olmaqla qonşu dövlətlərlə münasibətləri normal saxlamaq niyətində olub. İran əvvəlki siyasətində Azərbaycana düşmən mövqe tutmuşdu. Ancaq bundan narahat deyilik və münasibətlərin normallaşması üçün lazımı dəstəyi göstərməyi hazır olduğumuzu hər zaman bildirimişik".
Əfsanə Kamal
Demokrat.az