Orden, medal məsələsini bəzi şəxslər alverə çevirib — Rauf Zeyni

GÜNDƏM 13 sentyabr 2025, 17:50
"Təşkilat rəhbərlərinə bu illər ərzində biz dəfələrlə demişik ki, QHT-lərin orden, medal verməsi tövsiyə olunmur".

Bunu Demokrat.az-a Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, QHT-lər müxtəlif təsisatlar yarada bilərlər, mükafat təsis edə bilərlər:

"İlin QHT-si", "İlin təşkilatı", "İlin fəalı" və digər təşəkkürnamələr, fəxri diplomlar verə bilərlər. Bunlar vətəndaş cəmiyyəti fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Bu, məntiqi fəaliyyətdir və bu fəaliyyətin nəticəsində də bu cür həvəsləndirici, qiymətləndirici mükafatlar vermək olar. Amma orden, medal məsələləri ilə bağlı dəfələrlə bizim aramızda müzakirələr olub ki, buna ehtiyac yoxdur. Təəssüflər olsun ki, bəzi QHT-lər və şəxslər bunu alverə çevirmişdi. Ona görə bu məsələdə müəyyən nizam-intizam yaratama vaxtıdır".

Cavidan Mirzəzadə
Demokra.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top