Nikol Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkən deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə ediləcək, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər”.
Bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rəsmi Bakının İrəvandan tələbi Zəngəzur dəhlizindən Azərbaycan vətəndaşlarının və nəqliyyat vasitələrinin maneəsiz, təhlükəsiz keçidi idi:

"Ermənistan prinsipcə bunu qəbul edib və artıq sərhəd-keçid məntəqələrində təxminən xüsusi yüksək texnoloji skanerlər quraşdırılacaq. Onlar uzaqdan pasportların yoxlanması prosesini həyata keçirəcək, həmçinin maşınlardakı yükləri müəyyən edəcəklər. Bu zaman demək olar ki, insan təması minimum həddə enəcək.
İstənilən də budur, Nikol Paşinyanın açıqlaması da məhz bu yöndədir. Şübhəsiz ki, bunun üçün real imkanlar var. Hazırkı texnoloji cihazlar məhz bu cür təmassız yoxlamalara imkan yaradır".
Cavidan Mirzəzadə
Demokrat.az