İranın cənubunda zəlzələ oldu

DÜNYA 13 sentyabr 2025, 17:36
Bu gün yerli vaxtla saat 16:07-də İranın cənubunda yerləşən Fars vilayətində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin verdiyi məlumata əsasən, yeraltı təkanlar vilayətin Kazerun rayonunda, 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin təsir zonasında ilkin qiymətləndirmə işlərinə başlamaq üçün İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları əraziyə göndərilib.

Hazırda hadisə ilə bağlı dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top