Biləsuvar rayonunda “əsgər getdi” məclisində çıxan iki nəfər arasında yolda yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 14-də, saat 21 radələrində Biləsuvar rayonunun kəndində baş verib.
Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Vaqif həmkəndlisi Tacəddin (adlar şərtidir – red.) ilə aralarında yaranan şəxsi münasibətlər zəminində, yəni sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 14-də həmkəndlisi Səmədin hərbi xidmətə getməsinə görə təşkil etdiyi məclisdə iştirak edib və bir qədər spirtli içki qəbul edib: “Həmin gün saat 21 radələrində mən digər həmkəndlim ilə birlikdə məclisdən çıxdım və siqaret almaq məqsədi ilə mağazaya getdim. Yolda piyada hərəkət etdiyimiz vaxt Tacəddinin küçədə nalayiq söyüşlər söyərək gəldiyini gördüm. Buna görə də mənimlə Tacəddin arasında mübahisə yarandı. Tacəddin mənim ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə də Tacəddinin sifət nahiyəsindən əlim ilə itələdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Tacəddin hadisə yerini tərk edib və öz evi istiqamətində gedib: “Mən Tacəddinə xəsarət yetirdiyim zaman sərxoş vəziyyətdə olmuşam. Mən əməlimdən peşmançılıq hissi keçirirəm. Buna görə də Tacəddindən üzr istəmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tacəddinin sözlərinə görə, dekabrın 14-də həmkəndlisi Səmədin hərbi xidmətə getdiyinə görə təşkil etdiyi məclisdə iştirak edib və bir qədər yemək yeyib, spirtli içki qəbul edib: “Mən saat 21 radələrində həmin məclisi tərk etdim və öz evimə getdim. Daha sonra isə siqaret almaq məqsədi ilə kənd ərazisində yerləşən mağazaya getdim. Lakin getdiyim mağaza bağlı olduğuna görə siqaret almadım, yaşadığım evə qayıtmaq qərarına gəlsəm də, yolda piyada hərəkət etdiyim vaxt həmkəndlim Vaqifin uzaqdan qışqıraraq, məndən nalayiq ifadələr işlətməməyimi tələb etdi. Mən həmin şəxsə heç bir söyüş söymədiyimi bildirsəm də, sonuncu üstümə qışqırmağa davam etdi. Buna görə də aramızda mübahisə başladı. Mübahisə zamanı Vaqif əli ilə paltarımdan tutduğuna görə mən də onun yaxasından tutub. Həmin vaxt Vaqif qəflətən sağ gözümdən yumruqla vurdu. Mən həmin zərbənin təsirindən öz tarazlığımı saxlaya bilməyərək, yerə yıxıldım. Daha sonra yerimdən duraraq öz yaşadığım evə getdim. Gözümdə ağrı və qan axma olduğuna görə Daxili İşlər Nazirliyinin”102” qaynar xəttinə baş vermiş hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur.
Bu səbəbdən Vaqifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az