Kişi sərxoş olub tanışına xəsarət yetirdi

KRİMİNAL 25 aprel 2025, 19:14
Ağcabədi rayonunda 1980-ci  il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Bəhlula (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 30-də Ağcabədi rayonunun qəsəbəsində baş verib. 

Əhməd həmin gün, gecə saat 4 radələrində qəsəbədə yaşadığı evinin həyətində şəxsi münasibətlər zəminində tanışı Bəhlul ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifətinə qəsdən əli ilə bir neçə dəfə şillə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bəhlulu tanıyır, əvvəllər aralarında ədavət olmayıb: “Hadisə günü axşam saatlarında tanışı
Bəhlul ilə görüşərək kafedə çörək yemək qərarına gəldik. Daha sonra mənə məxsus avtomobillə Ağcabədi şəhərində H.Əliyev prospektində “Megastore” adlı marketin yaxınlığında yeməkxanaya getdik. Həmin vaxt kafedə tanışımla  spirtli içki qəbul etdik. Avtomobil idarə edəcəyim üçün spirtli içki qəbul etmədim. Kafedə bir neçə oturduqdan sonra kafenin həyətində olan tualetə getdim. Geri qayıdan zaman tanışım kafedə olmamasını gördüm. Bəhlulu tapa bilmədiyim üçün istifadəsində olan mobil telefonuna zəng etdim. Telefonu bağlı olduğum üçün “Mersedes” markalı avtomobilimə əyləşdim və yaşadığım qəsəbəyə yola düşdüm. Yaşadığım evə çatdim, avtomobilimi həyətə saldım. Lakin açarını üzərində saxladım və daha sonra evə girdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, gecə saat təxminən 4 radələrində həyətdə saxladığı avtomobilin siqnal səsinə yuxudan oyanıb, həyətə düşən zaman avtomobilinin işlək vəziyyətdə olmasını görüb: “Avtomobilimə tərəf yaxınlaşan zaman sərnişin tərəfdə bir nəfər şəxsin əyləşməsini gördüm. Avtomobilin qapısını açan həmin şəxsin sifət nahiyəsinə bir dəfə şillə zərbəsi vurdum. Hava qaranlıq olduğu üçün əvvəl tanımamışam, sonradan Bəhlulun olduğunu gördüm. Bəhluldan həmin vaxt mənim həyətimdə və avtomobilimdə nə etdiyini soruşdum. Bəhlul isə kafedən çıxanda avtomobilimdə yataraq qalmasını dedim”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Bəhluldan üzr istəyib, onunla barışıb, ona vurduğu zərəri ödəyib. O, deyib ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəhlul bildirib ki, Ağcabədi  rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur: “Əhmədi uzun müddətdir tanımışam, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Hadisə günü axşam saatlarında tanışımla görüşdüm. Kafedə çörək yemək qərarına gəldik. Daha sonra Əhmədə məxsus avtomobilə əyləşərək Ağcabədi şəhərində yerləşən kafeyə getdik, çörək yeməyə başladıq. Həmin vaxt spirtli içki qəbul etdik. Lakin Əhməd avtomobil idarə edəcəyim üçün spirtli içki qəbul etmədim. Kafedə bir neçə saat oturduqdan sonra Əhməd kafenin həyətində olan tualetə getdi. Əhməd məni evə düşürdəcəyin düşündüyüm üçün avtomobilə tərəf getdim, avtomobilin qapısının açıq olmasını gördüm və avtomobilə əyləşərək arxa tərəfdə yatdım”. 

Bəhlul bildirib ki, gecə saat 4 radələrində yuxudan oyanan zaman avtomobildə tək olduğunu, Əhmədin yanında olmadığını və avtomobilin tanımadığı bir həyətdə olmasını görüb: “Həmin vaxt avtomobildə arxa oturacaqdan ön tərəfə keçdim və hava soyuq olduğu üçün avtomobilin açarı üzərində olduğundan avtomobili işə salaraq peçini qoşdum. Sonradan Əhməd harada olduğunu bilmək üçün avtomobilin siqnal düyməsinə basdım. Həmin vaxt Əhməd evdən çıxaraq avtomobilə tərəf gələn zaman avtomobilin qapısını açdım. Əhməd mənə yaxınlaşaraq anidən sifət nahiyəmə bir dəfə şillə vurdum. Əhməd məni nə səbəbə vurmasını soruşan zaman yenidən sifət nahiyəmə ikinci dəfə şillə vurdu. Əhməddən məni nə səbəbə vurduğunu soruşdum. Əhməd isə mənə həyətinə daxil olduğum üçün vurduğunu dedi”.

Bəhlul qeyd edib ki, daha sonra Ağcabədi rayon polis şöbəsinə ərizə ilə şikayət edib: “Sonradan Əhməd mədən üzr istəyərək barışdıq. Mənə vurduğu zərəri ödədi. Hazırda Əhmədə qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top