Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Niyaməddin Muradovun (ad, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Niyaməddin Muradov onunla birgə yaşayan arvadı, zərərçəkmiş Günayə Muradova (ad, soyadı şərtidir) ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığa görə mübahisə edib. Mübahisə zamanı o, arvadının onun icazəsi olmadan qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək, zərərçəkmiş şəxsi baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki 2 litrlik “Coca-Cola” plastik butulkası ilə qəsdən bir neçə dəfə vurub, qadının sağlamlığına az ağır zərər yetirib. Hadisədən sonra Niyaməddin Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla o, 2 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib. Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirmədən saxlayıb. Daha sonra dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.