Vinisius "Real"a "yox" dedi

İDMAN 24 aprel 2025, 20:43

"Real Madrid"in hücumçusu Vinisius Junior klubun illik 15-20 milyon avro maaşla yeni müqavilə təklifini rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Məlumatına görə, braziliyalı futbolçu "Real"ın sabiq ulduzu Kriştianu Ronaldu səviyyəsində qazanc əldə etmək istəyir. Portuqaliyalının kral klubunda illik qazancı 30 milyon avro təşkil edirdi ki, bu da onu komanda tarixinin ən yüksək maaş alan futbolçusu edib.

Hazırda "Real Madrid" Vinisiusla müqaviləni 2030-cu ilə qədər uzatmaq istəyir. 24 yaşlı futbolçunun cari müqaviləsi 2027-ci ilə qədərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top